• Moruq (malina) mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 7 483

Tarix : 28-11-2020, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq moruq
1 kq şəkər tozu

Hazırlanması:
Birinci moruqları təmizləyib, təmiz yuyuruq. Daha sonra moruqları bişirəcəyimiz böyük qaba töküb üzərinə şəkər tozunu əlavə edirik. Moruq tam suyunu buraxana qədər gözləyirik.
Hazır olan moruğu sobanın üstünə qoyub qaynamağa başlayana qədər bişiririk, təxminən 10 dəqiqə. Daha sonra sobanı söndürüb, kənara qoyuruq. Moruq mürəbbəsi soyuyandan sonra bankalara yığırıq.

Nuş olsun!
Etiketlər: sonra, Moruq, moruqları, qədər, şəkər, bişiririk, təxminən, başlayana, qaynamağa, üstünə, qoyub, dəqiqə, sobanı, soyuyandan, bankalara, yığırıq, mürəbbəsi, qoyuruq, söndürüb, kənara
BİZİ İZLƏYİN