• Sadə balqabaq mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 70 386

Tarix : 17-10-2014, 15:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq balqabaq
1,5 kq şəkər tozu
1 x.q. soda
0,75 st. su

Hazırlanması:
Balqabağın qabığını soyun, dənələrini çıxarın. İri dilimlərə doğrayıb 1 sutka sodalı suda saxlayın. 1 sutkadan sonra balqabağı çıxarıb aşsüzənə yığın. Suyu süzüləndən sonra xırda kubiklərə doğrayın. Su və şəkər tozundan şərbət bişirin. Doğranmış balqabağı əlavə edin, qaynara düşəndə ocaqdan götürüb 2 saat soyudun. Sonra yenə, bu dəfə hazır olanadək bişirin.
Steril bankalara yığın, qapağını bağlayın.

Nuş olsun!
Etiketlər: balqabağı, sonra, bişirin, yığın, şəkər, tozundan, düşəndə, qaynara, əlavə, ocaqdan, Doğranmış, şərbət, götürüb, bankalara, qapağını, bağlayın, olsun, Steril, olanadək, soyudun
BİZİ İZLƏYİN