Tərkibi:3 kq balqabaq (təmizlənmiş)
1 kq şəkər tozu
0,5 l su
1 iri limon
2 iri portağal
Hazırlanması:0,5 l su və 1 kq şəkər tozundan şərbət hazırlayın.
Balqabağı təmizləyin. Limon və portağalları qaynar su ilə yuyun.
Balqabağı iri doğrayıb kombayndan, fri kartoşkası gözlüyündən keçirin. Limon və portağalları doğrayıb içinin dənələrini çıxarın, ət maşınından keçirin.
Bunların hamısını ləyənə yığın. Üstünə şərbət tökün. Ocağın üstünə qoyun. Qaynara düşəndən sonra 15 dəqiqə bişirin. Təxminən 2 saat soyudun. Bu qayda ilə daha 3 dəfə bişirin (2 saat soyutmaqla 15 dəqiqə).
Bankalara doldurub soyuq yerdə saxlayın.
Nuş olsun!
Etiketlər: Limon, Balqabağı, doğrayıb, bişirin, keçirin, dəqiqə, şərbət, portağalları, şəkər, Qaynara, düşəndən, olsun, qoyun, üstünə, Üstünə, tökün, Ocağın, sonra, saxlayın, soyuq