• Ağ zoğal mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 24 782

Tarix : 2-11-2014, 19:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Zoğal – 1 kq.
Şəkər tozu – 1,5 kq.
Su – 2 st.
istəyə bağlı limon turşusu

Hazırlanması:
Ağ zoğal mürəbbəsi də qırmızı zoğal kimi bişirilir, sadəcə, diqqətli olmaq lazımdır ki, zoğalın rəngi dəyişib, tündləşməsin. 1 kq. zoğal üçün 1,5 kq. şəkər tozu və 2 stəkan su götürülür. Zoğallar bütöv və ya çəyirdəyi çıxarılaraq bişirilə bilər.

Şəkər tozuna 2 stəkan su töküb, şərbət hazırlayın. Şərbətin yarısını zoğalların üzərinə töküb, 20 dəqiqə bişirin. Odun üzərindən götürüb, 5 saat kənarda saxlayın. İkinci bişirmədə qalan şirəni də əlavə edirsiniz. Zoğalın hazır olmasını şirədən və zoğalın yumşalmasından bilmək olar. Hazır olmağa az qalmış azca limon turşusu qatmaq məsləhətdir.

Nuş olsun!
Etiketlər: zoğal, turşusu, zoğalın, stəkan, limon, töküb, Şəkər, İkinci, saxlayın, bişirmədə, şirəni, qalan, kənarda, götürüb, üzərinə, zoğalların, dəqiqə, bişirin, üzərindən, əlavə
BİZİ İZLƏYİN