• Qarpız qabığı mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 20 078

Tarix : 30-12-2015, 16:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
Uzununa kəsilmiş 2 dilim qarpızqabığı,
2 stəkan su,
3 su stəkanı şəkər,
7-8 dənə mixək,
Limon suyu,

Hazırlanması:
Qarpız qabığının yaşıl hissəsini soyun.
Qalan ağ hissəsini isə incə dilimlər ilə dilimləyin.
Qazana suyu qoyub qaynadınvə qarpız qabıqlarını ataraq vam odda 40-45 dəqiqə qaynadın.
Qarpız qabıqları yumşaldıqdan sonra şəkəri atın.
Sonra müxəyi də ataraq ara-sıra qarışdıraraq daha 30-35 dəqiqə bişirin.
Qarpız qabığı mürəbbəsi ndən alınan bir damcını soyuq bir tabağa damcılladanda top kimi yuvarlanırsa mürəbbə hazırdır demək.
Limon suyunu da əlavə edib daha 2 dəqiqə daha bişirib isti halda bankalara yığıb ağzını möhkəm bağlayın.

Nuş olsun!
Etiketlər: Qarpız, dəqiqə, Limon, ataraq, hissəsini, alınan, mürəbbəsi, damcını, soyuq, tabağa, bağlayın, olsun, müxəyi, qarışdıraraq, bişirin, qabığı, damcılladanda, yuvarlanırsa, ağzını, əlavə
BİZİ İZLƏYİN