• Heyva mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 127 701

Tarix : 12-10-2015, 20:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 litrəlik banka üçün
1 kilo çəkirdəyi çıxarılmış heyva (təxminən 4-5 ədəd) – (proses reseptdə izah olunur)
1 kilo şəkər tozu
1 stəkan su
Bir çimdik limon duzu

Hazırlanması:
Heyvaları yarıya bölüb, sonra isə hər yarını iki hissəyə bölün. İçlərini kəsib atın. Şəkildəki kimi, nə nazik, nə də ki çox qalın olan dilimlərə doğrayın – təxminən 0.5 sm qalınlığında. Bunun üçün ya ziqzaqlı bıçaqdan (şəkildəkindən) ya da adi bıçaqdan istifadə edə bilərsiniz.
İndi isə heyvanı çəkin – hər kiloya bir kilo şəkər tozu istifadə edəcəyinizə görə, gərək ölçülər üst-üstə düşsün.
Heyvanı, şəkər tozunu və suyu ləyənə qoyun. Orta hərarətdə bişirin. Arada bir qarışdırın. Kəf yığılarsa, kəfkirlə yığın. Mürəbbə təxminən 50 dəqiqə – 1 saatdan sonra hazır olmalıdır. Hazır mürəbəınin rəngi narıncı-qırmızıtəhər olmalıdır, şirəsi isə bir qədər qatılaşmalıdır. Mürəbbə hazır olmazdan 5 dəqiqə qabaq, ona limon tuzu əlavə edib bişirin.
Mürəbbə soyuduqdan sonra onu bankaya yığın.

Nuş olsun!
Etiketlər: heyva, şəkər, təxminən, sonra, Mürəbbə, dəqiqə, yığın, heyvanı, mürəbbə, qədər, heyvası, bişirin, hazır, istifadə, bıçaqdan, limon, olmalıdır, çəkin, Şəkildəki, kəsib
BİZİ İZLƏYİN