• Qeyri-adi feyxoa mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 19 312

Tarix : 20-02-2016, 13:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Feyxoa - 0,5 kq
Şəkər tozu - 250 qr
Su - 0,5 l
Konyak - 2 ç.q.

Hazırlanması:
1. Tam yetişmiş feyxoa götürürük. Feyxoanın qabığını soyuruq (qabıqları atmırıq). Feyxoa çox bərkdirsə, meyvələri iti çəngəllə iki tərəfdən deşirik. Meyvələri soyuq suya qoyuruq ki, rəngi tündləşməsin.
2. Qazanda şəkər tozundan və sudan şirop hazırlayırıq.
3. Hazır siropa feyxoanın qabıqlarını tökürük və 5 dəqiqə ərzində vam odda qaynadırıq. Daha sonra siropu süzgəcdən və ya tənzifdən yaxşı süzürük.
4. Siropa feyxoa meyvələrini tökürük və orta odda 40 dəqiqə ərzində bişiririk. Mürəbbəni vaxtaşırı olaraq qarışdırmaq lazımdır. Hazın olana 1 dəqiqə qalmış mürəbbəyə konyak əlavə edirik.
5. Mürəbbəni steril bankalara yığırıq, dəmir qapaqlarla bağlayırıq, qapaqları aşağı olmaqla süfrənin üstünə düzürük və isti ədyalla bükürük.

Nuş olsun!
Etiketlər: dəqiqə, tökürük, Mürəbbəni, ərzində, feyxoa, Feyxoa, qarışdırmaq, olaraq, lazımdır, qalmış, vaxtaşırı, olana, Hazın, Siropa, yaxşı, tənzifdən, süzürük, mürəbbəyə, meyvələrini, bişiririk
BİZİ İZLƏYİN