• Limonlu-zəncəfilli konfitür resepti

Reseptin məlumatları Baxış sayı: 14 759

Tarix : 9-04-2016, 21:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 iri limon
6 sm orta qalınlıqda zəncəfil kökü
2 st. şəkər tozu

Hazırlanması:
Limonları tərtəmiz yuyun, uclarını kəsib uzunasına dörd bölün, sonra bunları da nazik dilimləyin.

Zəncəfili fal-fal, sonra isə saman kimi doğrayın.

Zəncəfilin üzərinə limonu və şəkər tozunu səpib bir gecə saxlayın.

Sabahı gün ocağın üstə qoyun. Qaynara düşəndən sonra 5 dəqiqə bişirin. Soyudun. Prosesi 3-4 dəfə təkrarlayın. Limon dilimləri şəffaflaşıb, şirəsini boşqaba damladanda axmırsa, hazırdır.

Bankalara yığın.

Nuş olsun!
Etiketlər: sonra, şəkər, bişirin, Soyudun, təkrarlayın, Prosesi, dəqiqə, Qaynara, Sabahı, ocağın, qoyun, düşəndən, dilimləri, hazırdır, Bankalara, yığın, olsun, axmırsa, damladanda, saxlayın
BİZİ İZLƏYİN