• Çiyələk mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 19 226

Tarix : 10-06-2016, 22:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq çiyələk,
1 kq toz şəkər,
Yarım limon,
Su

Hazırlanması:
Ev şəraitində çiyələkdən ləzzətli və asan mürəbbə hazırlamaq üçünhazırlamaq üçün əvvəlcə çiyələkləri dərin bir qabda bol suya qoyun.
Suyunu bir neçə dəfə dəyişdirin ki, meyvələrin qumu təmizlənsin.
Çiyələkləri yuduqdan sonra aşsüzənə yığın suyu süzülsün.
Bundan sonra yuyulub suyu yaxşıca süzülən çiyələklərin saplağını qopardın.
Təmizlədiyiniz çiyələkləri bir qazana yığın və üzərinə 4 stəkan şəkər tozunu əlavə edib çiyələk mürəbbəsini bişirmək üçün hazırlayın.
Qazanın qapağını örtüb bir gün gözlədin.
Gözlətdikdən sonra çiyələyi yarım saat qaynadın və ocağı söndürənə yaxın limonu əlavə edin.
Bunun üçün əvvəlcə limonu təmiz-təmiz yuyun və rəndələyin .
Bişən ləzzətli mürəbbəni isti halda təmiz şüşə qablara doldurun.
Bundan sonra mürəbbə doldurduğunuz bankanın qapağını möhkəm olaraq hava keçməyəcək şəkildə bağlayın.
Bu zaman xüsusi ilə diqqət etmək lazımdır ki, bankanın ağznı bağlayacağımız qapaqlar quru olsun.

Nuş olsun!
Etiketlər: sonra, təmiz, çiyələkləri, əvvəlcə, əlavə, bankanın, limonu, şəkər, çiyələk, Bundan, yığın, ləzzətli, qapağını, mürəbbə, rəndələyin, Bişən, yuyun, mürəbbəni, söndürənə, yarım
BİZİ İZLƏYİN