• Qırmızı qarağat mürəbbəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 47 974

Tarix : 21-06-2014, 22:34

Bölmə : Mürəbbələr - Marmaladlar / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kg təmizlənmiş qarağat
1 kg şəkər
0,5 stəkan su

Hazırlanması:
Giləmeyvəni saplaqlardan təmizləyib ehtiyatla yuyun. Mən adətən giləmeyvəni süzğəcin içində yuyuram. Süzğəci vaxtaşırı sirkələyirəm. Qazana ya da teştə giləmeyvənin yarısını töküb üstünə şəkər əlavə edin, və sonra qalmış giləmeyvəni tökün.
Qırmızı qarağat mürəbbəsi resepti - FOTO RESEPT


Vaxtaşırı qazanı silkələyin, şəkər bərabər yerləşməlidir. Bir neçə saat saxlayın. Əgər hava istidirsə, onda soyuq yerdə (soyuducuda), əks halda giləmeyvə turşuyar. 0,5 stəkan su əlavə edib qazanı (teşti) orta odun üstünə qoyun.

Şəkər əriməlidir və mürəbbə qaynamalıdır. Şəkər əriyəndə mürəbbə belə görünür.
Qırmızı qarağat mürəbbəsi resepti - FOTO RESEPT


5-7 dəq odun üstündə saxlayın. Bərk qaynamamalıdır. Odu söndürüb, mürəbbəni soyudun. Mürəbbə hazırdır.

Nuş olsun!
Etiketlər: şəkər, üstünə, Şəkər, əlavə, giləmeyvəni, saxlayın, qazanı, mürəbbə, stəkan, Mürəbbə, soyuducuda, halda, giləmeyvə, yerdə, soyuq, yerləşməlidir, olsun, hazırdır, istidirsə, turşuyar
BİZİ İZLƏYİN