• Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 157 824

Tarix : 10-07-2014, 23:54

Bölmə : Mürəbbələr - Marmaladlar / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq çiyələk
1 kq şəkər tozu
Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT


Hazırlanması:
Çiyələyin irisini xırdasından seçib ayrı qablara yığın, yuyun, saplağını təmizləyin, aşsüzənə yığıb suyunun çəkilməsini gözləyin. Ləyənə yığıb üzərinə şəkər tozu səpin (mürəbbələr üçün həmişə enli şirli ləyəndən istifadə edin).
3-4 saatdan sonra çiyələyin şirəsi çıxacaq.
Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT

Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT

Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT


Ləyəni vam ocağın üstünə qoyun. Kəfkirlə qarışdıranda əzilməsin deyə ləyənin iki qırağından tutaraq arada ehtiyatla silkələyin, fırladın. Üzünə yığılan kəfi yığın.
Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT


Qaynara düşəndən sonra iti odda 20 dəqiqə də bişirin. Ocaqdan götürün. Soyudun. Təxminən 1 gün saxlayın, yuyulub qurulanmış bankalara yığın (tez yığanda çiyələklər üzə çıxır, şirə altda qalır).
Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT

Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT

Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT

Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT


(Başqa cür də bişirmək olar: qaynara düşəndən sonra 5-6 dəqiqə bişirin. Təxminən 3 saat soyudun. Yenə 5-6 dəqiqə qaynadın. Yenə ocağı söndürün. Sonra arada 5 saat intervalla daha iki dəfə 5-6 dəqiqə qaynadın).
Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT


Hazır mürəbbənin şirəsindən boşqaba damızdırın, soyumasını gözləyin. Sonra boşqabı əlinizlə azacıq əyin. Yaxud da barmağınızla ortasından şırım açın. Damla axıb getməməli, giləmeyvə isə şəffaf olmalıdır.
Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT

Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT


İri çiyələkləri bir, xırdaları bir bişirmək daha yaxşıdır, belədə əzilmir.
Çiyələk mürəbbəsi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, sonra, yığın, arada, gözləyin, bişirin, Sonra, qaynadın, bişirmək, Təxminən, yığıb, düşəndən, şəkər, söndürün, ocağı, çiyələk, soyudun, intervalla, şirəsindən, mürəbbənin
BİZİ İZLƏYİN