• Qarpız mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 25 776

Tarix : 30-08-2016, 22:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq hazırlanmış qarpız qabığı,
1,2 kq şəkər,
1 litr su,
0,5 q vanilin,
1-2 q limon turşusu.

Hazırlanması:
Qarpız mürəbbəsi üçün qalınqabıq qarpız sortları götürülür. Əvvəlcə qabığın yaşıl hissəsi kəsilib atılır, düzbucaq, romb (1,5-2 sm) və ya kub (2-3 sm) formasında doğranılır. 8-10 saat əhəng suyunda saxlanılır. So- nra təmiz yuyulub üstünə qaynar şərbət tökülür, arada 8 saat saxlanıl- maqla 3 dəfəyə bişirilir. Hazır olana yaxın limon turşusu və vanilin əlavə edilir. Əgər qarpız qabığı çox suludursa, doğranmış qarpız qabığını toz- şəkərlə qarışdırıb 8-10 saat saxladıqdan sonra vam istilikdə 3 dəfəyə bi- şirmək lazımdır.

Qeyd: əhəngli su hazırlamaq üçün 250 qram sönmüş əhəng 5 litr suda həll edilir, çökdürülür və süzülür.

Nuş olsun!
Etiketlər: qarpız, dəfəyə, əhəng, edilir, turşusu, limon, qabığı, vanilin, doğranmış, suludursa, əlavə, bişirilir, maqla, qabığını, Hazır, olana, yaxın, sonra, hazırlamaq, əhəngli
BİZİ İZLƏYİN