• Brokoli salatı resepti

Reseptin məlumatları Baxış sayı: 7 153

Tarix : 4-06-2021, 10:00

Bölmə : Pəhriz yeməkləri / Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qram brokoli
3 ədəd soğan
2 ədəd kök
1 ədəd qırmızı bibər
1 stəkan bişmiş qarğıdalı
4 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı limon suyu
3 xörək qaşığı sirkə
1 çay qaşığı duz

Hazırlanması:
Çiçək-çiçək ayırdığınız brokolini və qabığını təmizlədiyiniz kökü qaynar suda 7-8 dəqiqə qaynadın.
Qaynadılmış tərəvəzlərinizi süzgəcin köməyi ilə çıxardın və soyumasını gözləyin.
İçərisini təmizlədiyiniz qırmızı bibəri yarım ay formasında doğrayın. Soğanları isə halqa formasında doğrayın.
Doğranmış və qaynadılmış bütün ərzaqları bir qaba töküb qarışdırın.
Sousu hazırlamaq üçün zeytun yağını, limon suyunu, sirkəni və duzu ayrı bir qabda çalın.
Sous hazır olduqdan sonra salatın üstünə əlavə edib, dərhal süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, qırmızı, limon, təmizlədiyiniz, formasında, doğrayın, reseptleri, zeytun, brokoli, salat, qaynadılmış, Doğranmış, bütün, ərzaqları, töküb, əlavə, halqa, yarım, bibəri
BİZİ İZLƏYİN