• Diyetik peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 41 855

Tarix : 6-06-2014, 09:18

Bölmə : Pəhriz yeməkləri / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 10-12


Tərkibi:
1 ədəd yumurta
1 xörək qaşığı bal
1 xörək qaşığı qatıq
1 çay qaşığı qabartma tozu
2 su stəkanı kəpək
1 su stəkanı un
2 ədəd quru əncir
3 ədəd quru ərik
Yarım stəkan alma qurusu

Hazırlanması:
Bir qabda yumurta, bal və qatığı çırpın. Ardından qabartma tozunu, kəpək və unu qarışdırın. İncə doğranmış əncir və ərikləri, alma qurularını xəmirə əlavə edin. Əllərinizi yüngülcə isladaraq xəmirdən qozdan bir az kiçik parçalar qoparın və simit şəkli yumrulayın. Hazırladığınız peçenyeləri yağlı kağızla örtdüyünüz nimçəyə düzün. Əvvəldən isidilmiş 180 dərəcə sobada 20-25 dəqiqə bişirin. Peçenyeləri sobadan çıxarıb istər ilıq istər soyuq olaraq servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, kəpək, əncir, istər, qabartma, stəkanı, xörək, yumurta, örtdüyünüz, nimçəyə, düzün, Əvvəldən, kağızla, yumrulayın, şəkli, isidilmiş, Hazırladığınız, peçenyeləri, yağlı, Peçenyeləri
BİZİ İZLƏYİN