• Diyetik alma marmeladı resepti

Reseptin məlumatları Baxış sayı: 19 232

Tarix : 13-06-2014, 12:47

Bölmə : Pəhriz yeməkləri / Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
7 ədəd şirin alma
1,5 su stəkanı su
2 ədəd qərənfil (mixək)
1 çay qaşığı darçın

Hazırlanması:
Almaların qabıqlarını soyun və dilimləyin. Su ilə birlikdə dilimlənmiş almaları bir qaba qoyun. Üzərinə qərənfilləri əlavə edin və almalar yumşalana qədər 10 dəqiqə qədər bişirin. Bişməsinə yaxın, almaları çəngəllə əzib püre halına gətirin. Sonra ocaqdan götürüb darçını əlavə edin və qarışdırın. Soyuduqdan sonra qaba qoyun.

Nuş olsun!
Etiketlər: qoyun, qədər, almaları, əlavə, çəngəllə, halına, gətirin, yaxın, Bişməsinə, dəqiqə, bişirin, Sonra, ocaqdan, sonra, olsun, Soyuduqdan, qarışdırın, götürüb, darçını, şirin
BİZİ İZLƏYİN