• Dietik çizkeyk resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 390

Tarix : 25-11-2015, 15:00

Bölmə : Pəhriz yeməkləri / Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 x.q. bal (şəkər tozu ilə əvəz etmək olar)
150 ml qaynar su
15 q jelatin
100 q yoqurt (yaxud xama)
40 q noxud
150 q qara qarağat

Hazırlanması:
Çizkeykin əsasını hazırlamaq üçün noxudu bir gecə əvvəldən isladın, sonra isə tam bişirin.

Bişmiş noxuda 1 x.q. bal qatıb blenderdə xırdalayın.

Kənarı açılan formanın dibinə folqa, yaxud perqament döşəyin. Noxud püresini döşəyin.

Qarağatın üzərinə 150 ml qaynar su tökün, ocağın üstünə qoyun. Qaynara düşəndə götürün. Süzün, şirəsinə 1 x.q. bal qatıb qarışdırın, soyuducuya qoyun.

Süzdüyünüz qarağatı blenderdə xırdalayın, 1 x.q. bal və 10 q jelatin əlavə edin. 45 dəqiqə saxlayın.

Bu müddət keçəndən sonra qarağatla jelatin qarışığını jelatin tam əriyənədək qızdırın. Amma qaynatmayın.

Yoqurt (yaxud xama) əlavə edib qarışdırın, formadakı noxudlu əsasın üzərinə tökün. Soyuducuda 2-3 saat, ən yaxşısı - bir gecə saxlayın.

Qarağatın süzdüyünüz şirəsinə 5 q jelatin qatın, 45 dəqiqə saxlayıb şişməsini gözləyin, sonra ocağın üstündə jelatin əriyənədək qızdırın (qaynatmayın).

Donmuş yoqurt qarışığının üstündən əlavə edin, soyuducuda tam bərkiyənədək saxlayın.

Süfrəyə verərkən üzərini giləmeyvə ilə bəzəyin.

Dietik çizkeyk resepti - FOTO RESEPT

Dietik çizkeyk resepti - FOTO RESEPT

Dietik çizkeyk resepti - FOTO RESEPT

Dietik çizkeyk resepti - FOTO RESEPT

Dietik çizkeyk resepti - FOTO RESEPT

Dietik çizkeyk resepti - FOTO RESEPT

Dietik çizkeyk resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: jelatin, saxlayın, sonra, yaxud, əlavə, ocağın, qoyun, Qarağatın, qatıb, xırdalayın, qaynatmayın, tökün, üzərinə, blenderdə, qızdırın, döşəyin, dəqiqə, qaynar, qarışdırın, şirəsinə
BİZİ İZLƏYİN