• Pəhriz salatı resepti

Reseptin məlumatları Baxış sayı: 12 842

Tarix : 5-05-2017, 12:00

Bölmə : Pəhriz yeməkləri / Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Alma- 1 ədəd
Pomidor- 1 ədəd
Xiyar- 1 ədəd
Qara zeytun ( tumsuz)- 100 qr
İspanaq, cəfəri- ¼ dəstə

Sous üçün:
Portağal- 1 ədəd
Limon- 0,5 ədəd
Zeytun yağı- 2 x.q
Duz
Qırmızı pul bibər

Hazırlanması:
Alma sürtgəcdən keçirilir, üzərinə 5-6 damcı limon suyu əlavə edilir ( qaralmaması üçün). Pomidor, xiyar, zeytun zövqə görə doğranılır. İspanağın üzərinə qaynar su əlavə edilir, 5 dəqiqə saxlanılır və suyu süzülüb cəfəri ilə birlikdə xırda-xırda doğranılır.

Sousun hazırlanması:
Portağalın və limonun suyu sıxılır, üzərinə zeytun yağı, duz və pul bibər əlavə edilir, qarışdırılır.

Bütün ərzaqlar qarışdırılır, üzərinə sous gəzdirilib süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: üzərinə, edilir, zeytun, əlavə, xırda, Pomidor, doğranılır, qarışdırılır, bibər, cəfəri, birlikdə, gəzdirilib, süfrəyə, süzülüb, saxlanılır, verilir, ərzaqlar, dəqiqə, limonun, Portağalın
BİZİ İZLƏYİN