Tərkibi:Hazır pizza xəmiri,
40 qr mayonez,
40 qr ketçup,
200 qr Edamer pendiri,
3 ədəd duzlu xiyar,
1 ədəd bibər,
Duz,
İstiot
Hazırlanması:Ərzaqların hazırlanması:Göbələklər içərisində su olan bir qabda biraz gözlədilir, yuyulur və doğranılır.
Ketçup və mayonez bərabər miqdarda qarışdırılır.
Edamer pendiri sürtkəcdən keçirilir
Duzlu xiyar doğranılır.
Bibərlər halqavari şəkildə doğranılır.
Pizzanın hazırlanması:Hazır pizza xəmirinin üzərinə ketçup və mayonez qarışığı bərabər miqdarda sürtülür.
Bundan sonra sürtkəcdən keçirilmiş Edamer pendiri də əlavə edilir.
Pendirin üzərindən əvvəlcədən doğradığımız göbələklər düzülür.
Bundan sonra sırası ilə doğranmış bibər və xiyarlar əlavə edilir.
Duz, istiot əlavə edilir və əvvəlcədən 190 0C isidilmiş sobada bişirilir.
Nuş olsun!
Etiketlər: pendiri, edilir, əlavə, doğranılır, Edamer, mayonez, bərabər, əvvəlcədən, sürtkəcdən, hazırlanması, Hazır, sonra, pizza, Bundan, ketçup, xiyar, bibər, miqdarda, sürtülür, Pendirin