• İtalyan pizzası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 118 984

Tarix : 23-10-2014, 14:00

Bölmə : Pizza / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Pizzanı hazırlamağın müxtəlif növləri var. Əsl italyan pizzası nazik lavaşlı hesab olunur. Qalın lavaşlı pizza xoşlayırsınızsa, xəmirin ununu və mayasını çox vurun. Həmçinin lavaşın üzərinə nə qoyulmasından da çox şey asılıdır. Məsələn, klassik italyan pizzasına aşağıdakı “dəst”də ərzaqlar işlənir:
1. pendir, göbələk, bekon, qoz-fındıq
2. istiot, ət, zeytun
3. dəniz məhsulları və pendir
3. ət və ya bekon, tərəvəz

Vegetarianlar isə yalnız pomidor, pendir, zeytun və göyərtidən (əsasən, reyhan və ispanaq) istifadə edə bilərlər. İtalyan mətbəxində əsasən motsarella pendirindən istifadə olunur. Amma holland, yaxud digər pendirlər də yarayar.

İdealda nazik italyan pizzası palıd ağacının odunları ilə qızdırılan sobada 1-1,5 dəqiqəyə bişirilir. Bu zaman sobadakı temperatur 485 dərəcə Selsi olur. Ev şəraitində isə elektrik sobasında 250 dərəcə istidə 10 dəqiqə ərzində bişirilir.

Sizə çoxsaylı reseptlərdən birini təqdim edirik. Bir neçə başqa variantları isə videodan izləyə bilərsiniz.

Tərkibi:
Xəmir üçün:

1 st. su
2 st. un (çox və ya az da ola bilər)
25 q yaş maya (yaxud 7 q quru maya)
2 ç.q. şəkər tozu
1 ç.q. duz
3 x.q. zeytun yağı

Sous üçün:
5-6 pomidor
2 baş soğan
1 sarımsaq
şəkər tozu
duz

Üstü üçün:
motsarella pendiri
2-3 pomidor
200 q göbələk (şampinyon)
ət (bişmiş), yaxud qovrulmuş toyuq əti, salyami kolbasası və s.

Hazırlanması:
Mayanı ilıq suda həll edin. Unun ortasında çala düzəldin, duz, şəkər tozu, yağ, həll olunmuş maya əlavə edin, yoğurun. Hazır olanda xəmir ələ yapışmamalıdır. Sonra qaba qoyub ağzını dəsmal, yaxud qida plyonkası ilə örtün, gəlməsini gözləyin. Xəmir 3 dəfə böyüməlidir. Sonra bir dəfə də ətləyin. İki yerə bölüb kündə tutun. Dairəvi, yaxud dördkünc yayın. Peşəkar pizza ustaları oxlovdan istifadə etmir, xəmiri əlləri ilə yayırlar. Yağlanmış, yaxud perqament döşənib yağlanmış siniyə qoyun. Kündəni yağlanmış siniyə qoyub barmaqlarınızla da yaya bilərsiniz.
İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT


Xəmir gələnədək sous hazırlamaq olar. Bunun üçün pomidorun qabığını soyub, dənələrini artlayın. Soğanı və sarımsağı xırda doğrayın, qovurun, azca şəkər tozu və duz, xırda doğranmış pomidor əlavə edin. Ürəyiniz istəyən ədviyyat əlavə edə bilərsiniz (istiot, nanə, reyhan qurusu və s.)
Yaydığınız xəmirin üzərinə sous çəkin. İstəyə görə, bişmiş ət, toyuq əti tikələri, doğranmış göbələk, pomidor və pendiri lay-lay düzün.
İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT


250 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.
İtalyan pizzası resepti - FOTO RESEPT

İtalyan pizzası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yaxud, pomidor, şəkər, pendir, göbələk, istifadə, bilərsiniz, zeytun, dərəcə, Xəmir, əlavə, italyan, pendiri, əsasən, istiot, toyuq, bekon, reyhan, bişmiş, siniyə
BİZİ İZLƏYİN