Tərkibi (30 sm ölçüdə 3 pizza üçün):
Xəmir üçün:250 ml süd
7-10 q quru maya, yaxud 50 q yaş maya
3 ç.q. şəkər tozu
5 x.q. bitki yağı
2 yumurta
500-550 q un
duz
İç üçün:ketçup və tomat pastası
ananas konservi
vetçina və ya kolbasa, sosis
pendir
Hazırlanması:Mayanı isti süddə əridin, şəkər tozu əlavə edib qarışdırın, isti yerə qoyun. 15 dəqiqəyə şişməlidir. Yumurtanı azca çalın, duz vurun. Bitki yağı əlavə edib qarışdırın. Oparanı (şişmiş mayanı) əlavə edib qarışdırın. Un əlavə edib yumşaq xəmir yoğurun. Xəmirin üzərini sellofanla örtüb isti yerə qoyun. Bunun üçün bir cama qaynar su töküb xəmir olan qabı onun üzərinə qoya bilərsiniz (su xəmir olan qabın altına dəyməmək şərtilə). Təxminən 30 dəqiqəyə xəmir gəlir.
Vetçina və ya kolbasanı (sosisi) saman kimi, yaxud da kubik doğrayın. Pendiri sürtgəcin xırda gözündən keçirin.
Xəmiri 3-4 mm qalınlıqda yayın. Yağlanmış dairəvi siniyə qoyun. Üzərinə ketçup və ya tomat pastası çəkin. Ananas və vetçinanı (kolbasanı) üzərinə döşəyin. Pendiri üstündən səpin.
180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Nuş olsun!
Etiketlər: əlavə, xəmir, qoyun, qarışdırın, yaxud, Pendiri, kolbasanı, üzərinə, pastası, dəqiqəyə, şəkər, ketçup, tomat, qızdırılmış, olsun, doğrayın, xırda, gözündən, kubik, sürtgəcin