Tərkibi:
Xəmir üçün:2,5 stəkan un
1 yumurta
1 paket qabartma tozu
1 stəkan süd
125 qram əridilmiş marqarin
Duz
Üstü üçün:15-20 sosika dilimi
15-20 kolbasa dilimi
15-20 hisə verilmiş kolbasa dilimi
1-2 incə doğranmış yaşıl bibər
1-2 incə doğranmış pomidor
6-7 incə doğranmış göbələk
Bir qədər cincilim
200 qram doğranmış holland pendiri
Sous üçün:1 stəkan tomat
1 stəkan ilıq su
Hazırlanması:Əvvəlcə sousu hazırlayın. Bunun üçün tomat pastasına ilıq suyu əlavə edərək sus formasına düşənə qədər qarışdırın.
Xəmir üçün inqradientləri yaxşıca qarışdırın, yoğurun, qabın ağzını bağlayaraq 1 saat "dinc"ə qoyun. Sonra xəmiri yağlanmış teflo tavaya incə və nazik şəkildə yayın, sousu və pissa üçün inqradientləri əlavə edin. Tavanın qapağını örtərək vam odun üzərində 1 saat bişirin.
Nuş olsun!
Etiketlər: doğranmış, stəkan, dilimi, sousu, Xəmir, qarışdırın, qədər, tomat, inqradientləri, kolbasa, əlavə, Sonra, yaxşıca, yoğurun, qoyun, bağlayaraq, ağzını, qabın, xəmiri, nazik