• Asan pomidorlu pizza resepti

Reseptin məlumatları Baxış sayı: 15 687

Tarix : 10-06-2016, 14:00

Bölmə : Pizza / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Milföy xəmiri: 6 ədəd
Təzə yaşıl soğan: 3 – 4 ədəd
Pomidor: 2 ədəd
Qara istiot: zövqə görə
Quru kəkotu: 1 kiçik qaşıq
Təzə kəkotu: 2-3 ədəd
Duz: Zövqə görə
Zeytun yağı: bir az

Hazırlanması:
Pizzanı hazırlamaq çox asanddır. Reseptlə birlikdə videomuzu da izləyərək asanlıqla pizzanı bişirə biləcəksiniz.
Əvvəlcə milföy xəmiri yarpaqlarını birləşdirin və pizza pişirəcəyiniz sininin formasına uyğun olaraq bu birləşdirdiyiniz milföy xəmirini bir oxlov (və ya vərdənə) vasitəsi ilə açın.
Yaşıl soğanları bol su ilə təmiz yuyun, suyunu süzüb qurudun. Bundan sonra təmiz yuyub qurutduğunuz yaşıl soğanları incə – incə doğrayın.
Bundan sonra əvvəlcədən oxlov vasitəsi ilə açdığınız milföy xəmirinin üzərini bir fırça vasitəsi ilə zeytun yağı ilə yağlayın.
Doğranmış təzə yaşıl soğanları pizza xəmirinin üzərinə düzün.
Bundan sonra pomidorları da təmiz yuyun, suyunu qurulayın. Yuyulub suyu quruyan pomidorları doğrayın. İçərisində “özək” varsa onu ayırtlayın. Doğradığınız pomidor dilimlərini də xəmirin üzərinə yerləşdirin.
Bunların üzərindən də istiot, kəkotu və duz əlavə edin. Duxovkanı 200 dərəcəyə isidin. Duxovka 200 dərəcəyə qədər isinib hazır olduqdan sonra hazırladığınız pizzanı duxovkaya verin. Üzəri qızarana qədər bişirin.
Üzəri qızarıb duxovkadan çıxartdığınız pizzanın üzərinə təzə kəkotu əlavə edin.

Nuş olsun!
Etiketlər: kəkotu, sonra, milföy, vasitəsi, təmiz, üzərinə, yaşıl, soğanları, Bundan, əlavə, dərəcəyə, oxlov, suyunu, doğrayın, xəmirinin, pomidorları, xəmiri, pizzanı, yuyun, pizza
BİZİ İZLƏYİN