Tərkibi:
4 nəfərlik pizza xəmiri
100 qr rəndələnilmiş yağsız pendir
1/2 kq göbələk
1 ədəd limon
kifayət edəcək qədər duz, qara bibər
zeytun yağı
Hazırlanması:
Göbələkləri yuduqdan sonra dilimləyib bəzək üçün limonlu suya qoyun.
Pizza xəmiri əllə 0.5 sm qalınlığında açılıb, yağlanmış bir boşqaba yayın.
Üstünə göbələk dilimlərini nizamlı bir şəkildə yerləşdirin.
Pendir, duz və qara bibəri səpin.
Soba qabına zeytunyağı gəzdirin və əvvəldən 180 dərəcə qızdırdıqdan sonra sobaya qoyun.
Təxminən 30-35 dəqiqə sobada bişirin.
Pizzanın üstü və kənarları nar kimi kızarınca sobadan çıxarın və gözlətmədən süfrəyə təqdim edin
Nuş olsun!
Etiketlər: göbələk, qoyun, xəmiri, sonra, qızdırdıqdan, gəzdirin, əvvəldən, zeytunyağı, dərəcə, qabına, yerləşdirin, şəkildə, Pendir, bibəri, səpin, sobaya, dəqiqə, gözlətmədən, çıxarın, süfrəyə