• Pendirli və sosis dilimli pizza resepti

Reseptin məlumatları Baxış sayı: 14 647

Tarix : 13-06-2016, 17:00

Bölmə : Pizza

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
4 dilim kəpəkli çörək
2 dilim kolbasa və ya sosis
2 ədəd soğan
1 ədəd balqabaq
1 xörək qaşığı un
1 çay qaşığı qabartma tozu
2 çay qaşığı incə doğranmış cəfəri
2 ədəd yumurta
1/2 su stəkanı dil pendiri
kərə yağı

Hazırlanması:
Çörəklərin kənarlarını kəsin. Üzərlərinə kərə yağı sürtün.
Tərəyağları üstə çıxacaq şəkildə orta boy soba qabına aralıq buraxmadan düzün.
Sosiskaları dilimləyin. Balqabağı və soğanı rəndənin iri gözündə rəndələyin.
Kolbasa və ya sosis, un və cəfərini əlavə edib qarışdırın.
Yumurtaları və pendiri əlavə edib qarışdırmağa davam edin.
Qarışığı çörəyin üzərinə yayın. 180 dərəcəli sobada 8 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: qaşığı, pendiri, əlavə, dilim, sosis, cəfərini, qarışdırın, rəndələyin, Kolbasa, rəndənin, Sosiskaları, dilimləyin, Balqabağı, soğanı, gözündə, davam, sobada, dərəcəli, dəqiqə, bişirin
BİZİ İZLƏYİN