• Yunan pizzası resepti

Reseptin məlumatları Baxış sayı: 16 882

Tarix : 8-08-2014, 23:38

Bölmə : Pizza

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q hazır pizza xəmiri
180 q motsarella pendiri
80 q pizza sousu (tomat)
50 q xiyar
50 q Feta pendiri
50 q bolqar bibəri
40 q kahı yarpağı
80 q pomidor
10 q qara zeytun
10 ml zeytun yağı

Hazırlanması:
Xiyarı, bolqar bibərlərini yuyub təmizləyin. Sonra ortaboy kubik doğrayın.

Kahı yarpaqlarını yuyub qurudun. Əlinizlə bir neçə parçaya bölün.

Pomidorları yuyub fal-fal doğrayın.

Pizza xəmirini nazik yumru yayın. (Hazır xəmir tapmamısınızsa, buradakı reseptdən faydalana bilərsiniz). Üzərinə tomat sousu çəkin. Sürtgəcdən keçirilmiş motsarella pendiri səpin. Bərabər qaydada pomidor və bolqar bibərlərini düzün.

Pizzanı pizza sobasında 400 dərəcədə bişirin.

Hazır pizzanı 8 yerə bölün.

Üzərinə xiyar, kahı yarpağı, zeytun, ortaboy kubik doğranmış Feta pendiri düzün. Kənarlarına zeytun yağı çəkin.

Nuş olsun!
Etiketlər: zeytun, pendiri, yuyub, pizza, bolqar, bibərlərini, Üzərinə, ortaboy, doğrayın, kubik, düzün, çəkin, pomidor, bölün, motsarella, tomat, sousu, xiyar, yarpağı, Hazır
BİZİ İZLƏYİN