• Kənarları dolu pizza resepti

Reseptin məlumatları Baxış sayı: 3 833

Tarix : 21-04-2017, 22:00

Bölmə : Pizza / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
Xəmiri üçün:
2 yemək qaşığı quru maya
1 su stəkanı su
Yarım su st duru yağ
Yarım su st süd
2 çay q. quz
Təxminən 4,5 stəkan un

Sousu üçün:
Iki qaşıq mayonez bir qaşıq qatığa iki qaşıq tomat+ duz ,istiot ,nanə qurusu əlavə edib qarışdıraq.

Üzəri üçün:
Arzuya görə

Mən bu dəfə sadə etdim ancaq kolbasa sosiska biber ,holland pendiri əlavə etdim.

Hazırlanması:
Deməli, Pizza xəmiri üçün qeyd olunmuş inqrediyentləri əlavə edib yoğururuq və 45 dəq mayalanması üçün kənara qoyuruq.(mayanı südə əlavə edib açın)
Qeyd: Xəmir artıq qalsa siz də soyuducuya yerləşdirib səhəri gün başqa cür istifadə edə bilərsiz.Məndə qab ölçüsünə görə artıq qaldı.
Mayalanmış xəmirimizi qabın ölçüsündən biraz böyük açaq ve yağlanmış qaba yerləşdirək.Kənarlara holland pendiri qoyaq və kənardan artıq qalan xəmirlə səliqəli şəkildə üzərin örtək. Xəmirə çənqəllə deşiklər ataq ki şişməsin.Əvvəlcədən qızdırılmış sobada 200 dərəcədə xəmir qızarana qədər təxminən 10 -15 dəq bişirək.Sonra Pizza xəmirin sobadan götürək sousu səliqəli şəkildə yayaq üzərinə holland pendiri ,biber və kolbasa və sosiskaları düzək yenidən sobaya yerləşdirək.İstədiyiniz formada bişənə qədər sobada saxlaya bilərsiz.Mən kolbasa biraz qızarana qədər bişirdim.

Nuş olsun!
Etiketlər: əlavə, qədər, kolbasa, qaşıq, artıq, holland, pendiri, biraz, yerləşdirək, qızarana, sobada, şəkildə, etdim, səliqəli, bilərsiz, Pizza, Yarım, üzərin, İstədiyiniz, formada
BİZİ İZLƏYİN