• Amerikan üsulu Güvənç plovu resepti

Reseptin məlumatları Baxış sayı: 15 501

Tarix : 4-07-2016, 17:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 su stəkanı amerikan düyüsü
3 xörək qaşığı soya yağı
350 qr servelat
200 qr kolbasa (doktorskaya)
1 soğan
1 diş sarımsaq
1 qırmızı bibər (bolgar bibəri)
200 qr pomidor
2 su stəkanı toyuq suyu
12 qara zeytun
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər

Hazırlanması:
Servelatı incə incə dilimləyin.
Kolbasanı kiçik doğrayın.
Soğan, sarımsaq və qırmızı bibəri doğrayın.
Soya yağını tavada qızardıb servelat və kolbasanı onun içində qovurun.
Soğan və sarımsağı əlavə qızarana qədər 2-3 dəqiqə bişirin.
Qırmızı bibəri əlavə edib qovurun.
Düyünü yuyub süzün.
Kolbasalı qarışığa əlavə edib hərdənbir qarışdıraraq 3-4 dəqiqə bişirin.
Pomidorların qabıqlarını soyub doğrayın.
Pomidor və toyuq suyunu da qarışığa əlavə edib qarışdırın.
Qaynayınca atəşi qısıb qapağı bağlı olaraq 15 – 20 dəqiqə bişirin.
Zeytunu tumlarını çıxarın.
Duz, qara bibər və zeytunu yeməyə əlavə edib yaxşıca qarışdırın və süfrəyə təqdim etmək üçün hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, bibəri, bişirin, doğrayın, bibər, qaşığı, servelat, toyuq, qarışdırın, qarışığa, qırmızı, sarımsaq, Soğan, qovurun, stəkanı, suyunu, Qaynayınca, soyub, qarışdıraraq
BİZİ İZLƏYİN