• Göbələklə qarabaşaq aşı resepti

Reseptin məlumatları Baxış sayı: 12 125

Tarix : 3-11-2016, 16:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
1 st. qarabaşaq yarması
200 q şampinyon (başqa göbələk də olar)
1 baş soğan
1 yerkökü
3 x.q. bitki yağı
400 ml su

Hazırlanması:
Soğanla yerkökünü təmizləyib yuyun. Soğanı yarımhalqa, yerkökünü nazik uzun doğrayın. Qovurun. Göbələyi iri doğrayıb əlavə edin. Bir neçə dəqiqə qovurun. Ocaqdan götürüb yuyulmuş qarabaşaqla qarışdırın, bişirmək üçün torbaya yığıb 400 ml qaynar su tökün, duz-istiot vurun, ağzını bağlayıb 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: yerkökünü, dəqiqə, torbaya, bişirmək, yığıb, qarışdırın, qarabaşaqla, Ocaqdan, götürüb, yuyulmuş, qaynar, tökün, qızdırılmış, sobada, bişirin, dərəcə, bağlayıb, istiot, vurun, ağzını
BİZİ İZLƏYİN