• Qaragöz plovu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 25 960

Tarix : 5-01-2017, 20:00

Bölmə : Aş - Plov / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Şef / Mənbə : Mehriban


Tərkibi:
2stakan uzun düyü
1stakan qaragöz lobya
zəfəran
2-3 y.q.əridilmiş kərə yağı
duz
3litr su
qazmaq üçün(qazmağı qazanın dibinin ölçüsünə görə düzəldin):
1ədət yumurta
1yemək qaşığı qatıq
1yemək qaşığı un
duz (ağız dadınıza görə)
2-3yemək qaşığı əridilmiş yağ
bişmiş düyü lazım olduğu gədər

Hazırlanması:
Qaragözü axşamdan yuyub, istağa qoymak.Səhər suyunu süzüb,yeni su tökmək və ocağa qoymaq.Hazır olanadək orta atəşdə bişirmək.Ağız dadınıza görə duz vurmak.Qaragöz yaxşı bişməlidir,dişin altında xırtıldamamalıdır.

Qaragöz plovu resepti - FOTO RESEPT

Qaragöz plovu resepti - FOTO RESEPT


Azərbaycan plovunun yaraşığı zəfərandır.Zəfəranı dəmləmək üçün kiçik bir fincana 2-3cimdik zəfəran qoyun,üstünə qaynar su tökün (yarım stakandan bir barmaq az).Fincanın ağzını örtmək lazımdır ki,ətri dağılmasın.Və ən zəif atəşdə dəmlənməyə qoymaq.

Qaragöz plovu resepti - FOTO RESEPT


Düyünü bişirməkdən 1 saat əvvəl axar su altında yumak və çox duzlanmış suda istağa qoymak.Böyük dərin bir qazanda su qaynatmaq,2-3yemək qaşığı duz vurmak və düyünü tökmək(düyünün suyunu süzmək).Tökən zaman düyünü 1-2 dəqiqə dibindən ehtiyatla qarışdırmak ki,düyü qazanın dibinə çöküb,yapışmasın.Atəş güclü olmalıdır.

Qaragöz plovu resepti - FOTO RESEPT

Qaragöz plovu resepti - FOTO RESEPT


Düyü qaynayan zaman qaragözün suyunu süzgəcə süzmək.Düyünü yoxlamaq,bişibsə,qaragözü əlavə etmək və qarışdırmaq.

Qaragöz plovu resepti - FOTO RESEPT

Qaragöz plovu resepti - FOTO RESEPT


Əvvəlcədən iri aşsüzən hazır etmək.Düyünü süzmək.

Qaragöz plovu resepti - FOTO RESEPT


Qazmaq üçün kasəyə bütün lazım olan ərzaqları qoymak,bişmiş düyüdən 2-3yemək qaşığı əlavə etmək və qarışdırmaq.Orta qatılıqda məhlul etməlisiz,nə çox duru,nə də çox qatı.

Qaragöz plovu resepti - FOTO RESEPT


Plovu dəmləyəcəyiniz qazanı yaxşıca isitmək,yağ əlavə etmək.Dağ olmuş yağa qazmağı tökmək və qaşığın arxasıyla qazmağı qazanın dibinə yaymak.İndi isə atəşi zəif etmək,yoxsa qazmaq yanar.Qazmağın üstündən düyünü tökmək.Bir dərin boşqaba düyünü qoymaq,üzərinə dəmlənmiş zəfəranı qəzdirmək,qaşıqla qarışdırmaq və bu zəfəranlı düyünü qazandakı düyünün üstünə tökmək.

Qaragöz plovu resepti - FOTO RESEPT

Qaragöz plovu resepti - FOTO RESEPT

Qaragöz plovu resepti - FOTO RESEPT

Qaragöz plovu resepti - FOTO RESEPT


Bildiyimiz qaydada plovu dəmə qoymaq:qazanın ağzına təmiz dəsmal örtmək,üstündən qapağını kip qoymak ki,düyünün buxarı "qaçmasın".Ən zəif atəşdə 30-40dəqiqə plovu dəmləmək.

Qaragöz plovu resepti - FOTO RESEPT


Mən heç vaxt düyünün yağını əvvəlcədən vurmuram.Plov dəm alandan sonra yağını vurub,ocağı söndürürəm və 10-15dəqiqə ağzı bağlı saxlayıram.Bu məlumatı televiziyadakı bir yemək verilişində qocaman aşbaz Şahhuseyn müəllimnən öyrənmişəm.

Qaragöz plovu resepti - FOTO RESEPT


Yağ vurandan sonra qazanın qapağı kip örtülür,ocax söndürülür və plov 10-20dəqiqəlik "dincəlir".Bundan sonra "Qaragözlü gözəli" buluda çəkib,süfrəyə təqdim etmək olar.

Qaragöz plovu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: etmək, düyünü, qazanın, tökmək, qaşığı, düyünün, qoymak, qoymaq, atəşdə, suyunu, sonra, 3yemək, Düyünü, əlavə, qarışdırmaq, süzmək, qazmağı, zaman, dibinə, plovu
BİZİ İZLƏYİN