• Şokoladlı desert resepti

Reseptin məlumatları Baxış sayı: 25 278

Tarix : 26-09-2014, 19:00

Bölmə : Praktik reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q tünd şokolad
500 q südlü şokolad
400 q nutella
150 q fındıq

Hazırlanması:
Bu desert üçün 10x20x7 sm ölçüdə qab gərəkdir.

Tünd şokoladı su hamamında əridin. Fırçanın köməyi ilə onu qabın dibinə və divarlarına çəkin.

Qabı 2 dəqiqəlik soyuducuya qoyun. Sonra çıxarıb bir daha şokolad çəkin. Yenə dondurucuya qoyun.

Südlü şokoladı da su hamamında əridin. Fındığı xırdalayın.

Südlü şokolad, nutella və fındığı qarışdırın.

Bir neçə dəqiqə müddətində soyudun, sonra dibinə şokolad çəkdiyiniz qaba tökün. Qabın ağzına qida plyonkası çəkib soyuducuda 3 saat saxlayın.

Deserti qabdan çıxarmaq üçün iti bıçağı kənarlarından içəri salın, kəsin.

Nuş olsun!
Etiketlər: şokolad, əridin, hamamında, dibinə, çəkin, qoyun, şokoladı, Südlü, nutella, Qabın, ağzına, plyonkası, çəkib, tökün, çəkdiyiniz, müddətində, soyudun, sonra, soyuducuda, saxlayın
BİZİ İZLƏYİN