• Forşmak resepti

Reseptin məlumatları Baxış sayı: 2 433

Tarix : 2-06-2018, 12:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
300 qr. duzlu siyənək balığı (seledka)
4 yumurta
1 baş soğan
1 turş alma
100 qr. kərə yağı
duz
istiot
1 parça çörəyin içi

Hazırlanması:
1.Çörəyin içini ovun və isti suda islanmağa qoyun.
2.Siyənək balığını tıxlardan tam təmizləyin. Tikələrə kəsin.
3.Almanın qabığını soyun. Doğrayın.
4.Yumurtaları bərk olana kimi bişirin. Qabığını soyun. Soyudun.
5.Blendorun qabına siyənək balığı, kərə yağı, alma, yumurta və sudan sıxılmış çörəyi qoyun. Hamısını blendordan keçirdin tam bir birinə qarışsın və paştet halına gəlsin qarışım.
6.Baş soğanı lap xırda kəsin və hazırladığımız qarışıma əlavə edin.
7.Duz və istiot səpin. 2-3 saat soyuducuda gözlədin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: qoyun, soyun, istiot, yumurta, siyənək, balığı, kəsin, qarışsın, keçirdin, birinə, çörəyi, sudan, sıxılmış, paştet, Hamısını, blendordan, soğanı, əlavə, səpin, soyuducuda
BİZİ İZLƏYİN