• Kabaklı omlet resepti

Reseptin məlumatları Baxış sayı: 2 070

Tarix : 26-06-2018, 12:00

Bölmə : Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
2 nəfərlik
2 kiçik kabak
3 yumurta
1 qırmızı bolqar bibər
kərə yağı
duz
istiot

Hazırlanması:
1.Kabak və bolqar bibər orta kubiklara kəsirik.
2.Kərə yağını tavada əridin və tərəvəzləri 3 dəqiqə ərzində qovurun.
3.Dərin bir qaba yumurtaları qırın və çənqəllə çırpın. Qovrulmuş tərəvəzləri yumurtanın içinə əlavə edin. Hamısını yaxşı qarışdırın. Duz və istiot zövgə görə əlavə edin.
4.Yenidən tavaya tökün bu qarışımı və qarışdıra qarışdıra bişirin. Yumurta bişənə kimi.
5.Bu cür çörəyin üstündə servis edə bilərsiniz və ya sadəcə özünü.
Kabak biraz isti dəyən kimi bişir, ,onu çox bişirməklə vitaminləri itirmiş olarsınız və o dadı tuta bilməyəcəksiz.
Yanında keçi pendiri.
Bir sözlə mənə görə ideal səhər yeməyi.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: bibər, istiot, əlavə, tərəvəzləri, bolqar, Kabak, qarışdıra, qarışımı, bilərsiniz, sadəcə, özünü, servis, çörəyin, bişirin, biraz, bişənə, Yumurta, üstündə, vitaminləri, sözlə
BİZİ İZLƏYİN