• Pendirli zənbillər resepti

Reseptin məlumatları Baxış sayı: 2 058

Tarix : 10-12-2018, 12:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : eldarovaskitchen


Tərkibi:
ağ pendiri 300q
Qat – qat xəmir 400q
Pomidor 1 ədəd
Konservləşmiş zeytun 4-5 ədəd
Yumurta sarısı 1 ədəd
Zövə görə göyərti
Əlavə ləvazimat: xəmiri kəsmək üçün 2 ədəd fərqli ölçüdə dairə formaları.

Hazırlanması:
Kəsmə formaları vasitəsi ilə xəmirdən iki ədəd böyük dairə kəsin. Bir böyük dairənin içində isə daha kiçik həcmli formada dairə kəsin və ortada qalan kiçik hissəni çıxardın. Nəticədə xəmirdən bir bütöv dairə və bir kəsilmiş içi boş dairə alınacaq. Kəsdiyiniz xəmirdən dairələri bir-birinin üzərinə yerləşdirin. İlk olaraq bütov böyük dairə, üstündə isə kəsilmiş-boş dairəni qoyuruq. Nətiəcədə alinan zəbillərin dibində çəngəl ilə deşiklər edirik. Yumurtanın sarısını azca çalıb, xəmirli dairələrin üzərinə firça ilə yaxın. Zənbillər 200 dərəcəyə qədər isidilmiş sobada 30 dəqiqə ərzində hazır olur. Ağ pendiri mikser vasitəsi ilə yaxşıca çalın. Pendir krem halına gəlməlidir. Bişmiş zənbillərin içinə krem halına gəlmiş pendiri yerləşdirin. Zeytun və pomidorları doğrayıb, zənbildəki pendirin üzərinə yerləşdirin. Zənbillərə zövqünüzə görə göyərti ilə əlavə bəzək verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: dairə, böyük, xəmirdən, üzərinə, pendiri, yerləşdirin, formaları, vasitəsi, halına, kəsilmiş, kəsin, kiçik, göyərti, dərəcəyə, bəzək, bilərsiniz, qədər, isidilmiş, dəqiqə, əlavə
BİZİ İZLƏYİN