• Yumurtalı kumpir resepti

Reseptin məlumatları Baxış sayı: 2 423

Tarix : 25-12-2018, 12:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : sevinc_zv


Tərkibi:
kartof,
toyuq əti (kolbasa ya sosilə əvəz edə bilərsiniz),
qaymaq,
pomidor,
bibər,
yumurta,
holland pendiri,
cəfəri,
duz, istiot

Hazırlanması:
Əvvəlcə kartofları yaxşıca yuyuruq və qabıqlı formada suda qaynadırıq (sobada da bişirə bilərsiniz). Daha sonra içində alət və ya qaşıq vasitəsilə oyuq açırıq. Duz, istiot səpib, qaymaqdan zövqünüzə görə qaşıq vasitəsilə içinə çəkirik. Əvvəlcədən xırda doğranmış və biraz yağda qızardıımış toyuq tikələrini içinə qoyuruq. Ardınca eyni formada bibər və pomidoru da üzərinə yerləşdiririk.
*Qeyd. Bu inqredientlər çox olmamalıdır ki kartofun içində çökəklik qalsın və yumurtanı qoyanda dağılmasın.
1 ədəd yumurtanı sındırıb, kartofun içinə, düzülmüş inqredientlərin üzərinə əlavə edirik. Duz səpirik və yumurta sarısının kənarlarına rəndələnmiş holland pendiri tökürük. Əvvəlcədən qızdırlmız 180-200° istilikli sobasa bişiririk. Pendir əridisə hazırdır, çalışın yumurtanın sarışı çox bişməsin. Hazır olduqdan sonra biraz doğranış cəfəri səpib, süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bilərsiniz, içinə, səpib, qaşıq, sonra, vasitəsilə, biraz, yumurtanı, kartofun, üzərinə, formada, Əvvəlcədən, içində, pendiri, holland, yumurta, toyuq, cəfəri, bibər, istiot
BİZİ İZLƏYİN