Tərkibi:6 dilim tost çorəyi
1 ədəd yumurta
yarım stəkan süd
duz
İçi üçün:
Holland pendiri
Zövqə görə sosiska və ya kolbasa
1 xörək qaşığı kərə yağı
Hazırlanması:Tost çörəklərinin qıraqları kəsilir arasına rəndələnmiş holland pendiri və nazik doğranmış sosiska və ya kolbasalar qoyulur. Yumurta çalınır içərisinə süd və bir az duz əlavə olunur. Hazırladığınız tostların hər iki üzü südlü yumurtada isladılır və əvvəlcədən yağı qızdırdığınız tavada iki tərəfli qızardılır. İsti-isti süfrəyə verilir.
Nuş olsun!
Etiketlər: sosiska, pendiri, Hazırladığınız, tostların, südlü, olunur, Yumurta, çalınır, içərisinə, əlavə, yumurtada, əvvəlcədən, qızardılır, süfrəyə, verilir, tərəfli, tavada, qoyulur, qızdırdığınız, isladılır