• Yumurtalı pidə resepti

Reseptin məlumatları Baxış sayı: 3 145

Tarix : 26-02-2019, 12:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmiri üçün:
1 ədəd yumurta
1/2 sstəkan süd,
1/2 stəkan su,
1/2 stəkan günəbaxan yağı,
50 q əridilmiş kərə yağı,
1 yemək qaşığ quru maya,
1 şirniyyat qaşığı toz şəkər,
1 çay qaşığı duz,
3,5 sstəkan un

İçi üçün:
1 su stəkanı holland pendiri,
6 ədəd yumurta

Üzəri (bişirmək) üçün:
1 ədəd tyumurta sarısı,
2 yemək qaşığı süd,
2 yemək qaşığı zeytun yağı

Qeyd:
Mayalanması üçün xəmiri otaq temperaturunda ortalama 60 dəqiqəyə yaxın gözlədin.
Açdığınız xəmir kündələrin üzərinə bir az süd sürtün, asan bağlanıb açıq pidə şəklini alacaqdlr.
Fırını əvvəlcədən 190 200 dərəcəyə yaxın qlzdırın.

Bişirmə məsləhəti:
Yumurtaların üzərinə arzu etdiyiniz ədviyyatları səpin.
Fərqli pendir çeşidlərindən istifadə edə bilərsiniz.
Yumurtaları holland pendiri əridikdən snra fırından çıxardlb üzərinə qıra bilərsiniz.

Hazırlanması:
Quru maya və toz şəkəri südlə qarışdıraraq mayanın şişməsi üçün kiçik bir qabda bir az saxlayın.
Maya qarışışığını geniş bir qaba alın və otaq temperaturunda olan yumurta, süd, zeytun yağı və əridilmiş kərə yağını qatın.
Bütün ərzaqları əlinizlə qarışdırın.
Yavaş yavaş ələnmiş un əlavə edərək duzunu qatın.
Bütün ərzaqları qatdıqdan sonra yumşaq bir xəmir hazlrlayln.
Üzərinə az nəmli bir bez örtərək 60 dəqiqəyə yaxln mayalanmaya qoyun.
Mayalanmış xəmiri 6 bərabər hissəyə bölüb mətbəx dəzgahı üzərində basdıraraq yuvarlayın.
Xəfif unlanmış mətbəx dəzgahı üzərində vərdənə yardımı ilə açdığınız kündələrin üc hissələrini sıxaraq qapadın.
Qayıq şəklini alan xəmirlərin orta hissəsini açıq buraxın.
Bütün kündələri eyni şəkildə hazırlayın.
Hazırladığınız xəmirləri yağlı kağız sərilmiş fırın sinisinə düzün.
Orta hissələrinə r holland pendiri rəndələyin.
Bir ədəd yumurta qırın və çalışın ağı daşmasın.
Xəmirlərin kənarlarına yumurta fırçası yardımı ilə çırpılmış yumurta, süd və yağ sürtün.
Əvvəlcədən 200 dərəcə qızdırdığınız fırında kənarları qızarana qədər bişirin.
Fırından çıxardığınız pidələr ilındıqdan sonra sevdiklərinizlə paylaşın.

Nuş olsun!
Etiketlər: yumurta, qaşığı, pendiri, üzərinə, holland, yemək, Bütün, xəmiri, temperaturunda, xəmir, dəqiqəyə, kündələrin, sürtün, qatın, yardımı, ərzaqları, şəklini, üzərində, bilərsiniz, yaxın
BİZİ İZLƏYİN