Tərkibi:3 orta boy soğan,
3 kənd yumurtası,
1 şorba qaşığı kərə yağı,
Bir az qırmızı toz bibər,
Bir az istiot,
zirə,
kəklikotu,
pul bibər,
duz
Hazırlanması:Əvvəlcə bişirmək üçün qapaqlı bir tava seçin.
Ərzaqlarınızı bir soğan bir yumurta şəklində ölçüləndirə bilərsiniz.
Kərə yağı sevməyənlər 1-2 qaşıq zeytun yağı da istifadə edə bilərlər.
Kərəyağını tavaya alıb vam odda əridin.
Kiçik halda doğradığınız soğanları tavaya alın.
Soğanları tavaya alınca duzunu əlavə edin ki, soğanlar yumşalsın və rəngi dəyişsin.
Aradabir qarışdıraraq qapağını qapadın ki, soğanlar yaxşı bişsinlər.
Soğanlar yumşalan kimi istiotu, qırmızı bibəri , cirəni əlavə edərək ətirləndirin.
Soğanlar qovrulduqdan sonra bişirəcəyiniz yumurta sayısına görə soğanların arasından göz açın.
Yumurtalarınızı bu gözlərə qırıb arzu edərsinizsə yumurtaların ağlarını soğanların üzərinə yaya bilərsiniz.
Tavanın qapağını örtün və ocağın atəşini artırın.
Yumurtaların ağları bişəcək, sarısı isə bir az bişəcək ölçüdə bişirin.
Üzərinə nanə və pul bibər gəzdirib süfrəyə alın.
Nuş olsun!
Etiketlər: tavaya, bibər, yumurta, soğanların, əlavə, bilərsiniz, bişəcək, soğanlar, Soğanlar, qırmızı, soğan, qapağını, Yumurtalarınızı, arasından, bişirəcəyiniz, sayısına, sonra, qovrulduqdan, istiotu, yumşalan