• Dana ciyəri paşteti resepti

Reseptin məlumatları Baxış sayı: 2 319

Tarix : 19-08-2019, 16:00

Bölmə : Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
800qr dananın qara ciyəri
4 ədəd kök
3 ədəd soğan
20qr qoz ( olmasa da olar)
100qr yumuşaldılmış kərə yağı
Duz, tozbibər

Hazırlanması:
Əvvəl ciyəri yaxşıca yuyub, doğrayıb bir buğum qaynadırıq. Suyunu tokub yenidən su əlavə edib, bişiririk. Soğanlari soyub, doğrayıb, qızardırıq və bir kənara qoyuruq. Yerköklərini qaynadıb qabığını soyuruq. Sonra bişmiş ciyəri qizardılmış soğanı, kökləri, qozu bir neçə dəfə ət maşınından (blender də olar) keçirib, duz və toz bibər əlavə edirik.
Alınmış qarışımı soyuducuda 1 saat saxlayiriq daha sonra folqanın üzərində nazikləşənədək yayırıq. Üzərinə yumuşaldılmış kərə yağı sürtürük. Çox kalorili olmasını istemirsinizsə yağ qatını lap nazik edin. Rulet formasında büküb, yenidən soyuducuya qoyun. Dana ciyərinin paşteti soyuq formada süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: ciyəri, doğrayıb, yenidən, yumuşaldılmış, əlavə, nazikləşənədək, üzərində, yayırıq, Üzərinə, kalorili, sürtürük, folqanın, sonra, edirik, bibər, Alınmış, qarışımı, saxlayiriq, soyuducuda, olmasını
BİZİ İZLƏYİN