• Yumurtalı muffin resepti

Reseptin məlumatları Baxış sayı: 3 998

Tarix : 25-01-2020, 12:00

Bölmə : Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : fitfood.azerbaijan


Tərkibi:
5 ədəd yumurta
200 ml süd
150 qram toyuq
2 ədəd kabaçki
1 ədəd böyük qırmızı soğan

Hazırlanması:
Yumurta və südü qarışdırırıq, birlikdə çalırıq. Toyuğu əvvəlcədən qaynadırıq, sonra xırda-xırda doğrayırıq. Eyni formada soğan və kabaçkini də doğrayırıq. Yumurta və südə istədiyimiz ədviyyatları əlavə edirik. Bişirəcəyimiz soba qabını yağlayıb əvvəlcə süd yumurta qarışımın tökürük, sonra içinə toyuq, kabaçki və soğan qarışımından əlavə edirik. Sobaya 180 dərəcədə 50 dəqiqəlik göndəririk.

Nuş olsun!
Etiketlər: soğan, yumurta, Yumurta, doğrayırıq, sonra, xırda, toyuq, kabaçki, əlavə, edirik, qabını, Bişirəcəyimiz, yağlayıb, əvvəlcə, qarışımından, dəqiqəlik, göndəririk, olsun, dərəcədə, Sobaya
BİZİ İZLƏYİN