• Pendirli tian resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 850

Tarix : 11-10-2014, 21:00

Bölmə : Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 badımcan
200 q ağ pendir (brınza)
200 q 33%-li qaymaq
100 q kərə yağı
100 q zeytun yağı
60 q qoz
yarım dəstə reyhan
duz
ağ istiot
1 çimdik şəkər tozu
2 pomidor

Hazırlanması:
Badımcanı yuyun, saplağını kəsin, uzununa nazik doğrayın. Duzlayıb 10 dəqiqə saxlayın. Sonra yuyub qurudun, üstünə ağ istiot səpin.
Pendirli tian resepti - FOTO RESEPT


Tavada zeytun yağını qızdırın, sarımsağı uzununa doğrayıb yağa salın, qovurandan sonra çıxarın. Sonra bu yağda badımcanları qızardın, boşqaba düzün.
Pendirli tian resepti - FOTO RESEPT


Pendiri lay-lay doğrayın, üstünə qaynar su töküb 2-3 dəqiqə saxlayın, sonra bu suyu süzüb, soyuq su tökün. 10 dəqiqə saxlayın. Bu müddətdə pendir həm yumşalacaq, həm də izafi duzu çıxacaq. Sonra pendiri blenderdən keçirin.
Pendirli tian resepti - FOTO RESEPT


Qozu və reyhanı xırda doğrayın.
Pendirli tian resepti - FOTO RESEPT


Əzilmiş pendirin içinə 2 x.q. zeytun yağı əlavə edib qarışdırın. Qaymağı möhkəm çalın, pendirə əlavə edib qarışdırın, xırdalanmış qoz və reyhanı, 1 çimdik şəkər pudrasını əlavə edib qarışdırın.
Pendirli tian resepti - FOTO RESEPT


Saxsı formaların (diametri 10 sm) içinə zeytun yağı çəkin, badımcanları dövrələmə içinə düzün.
Ortasına iç qoyun. Badımcanın formadan kənara çıxan hissələrini üstünə qatlayın. 2 saat soyuducuda saxlayın.
Pendirli tian resepti - FOTO RESEPT

Pendirli tian resepti - FOTO RESEPT

Pendirli tian resepti - FOTO RESEPT


Süfrəyə verməzdən əvvəl pomidorları dilimləyin, boşqabın ortasına düzün, üstünə zeytun yağı gəzdirin. Donmuş tianı bunun üstünə qoyun. Üzərini qoz ləpəsi və göyərti ilə bəzəyin. Tianı dilimləyə də bilərsiniz.
Pendirli tian resepti - FOTO RESEPT

Pendirli tian resepti - FOTO RESEPT

Pendirli tian resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: zeytun, üstünə, saxlayın, doğrayın, düzün, qarışdırın, içinə, dəqiqə, Sonra, əlavə, qoyun, uzununa, badımcanları, şəkər, reyhanı, istiot, çimdik, pendir, sonra, formadan
BİZİ İZLƏYİN