• Humus resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 964

Tarix : 22-10-2014, 15:00

Bölmə : Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q noxud konservi (yaxud 1,5 st. quru noxud)
2 böyük diş sarımsaq
3 x.q. tahin (küncüt pastası)
3 x.q. təzə sıxılmış limon şirəsi
duz
zeytun yağı
qırmızı istiot

Hazırlanması:
Əgər quru noxud istifadə edəcəksinizsə, axşamdan isladın, sonra da yumşalanacan bişirin (təxminən 1 saat). Sonra blenderin köməyilə bundan püre hazırlayın (suyu çıxarsa, süzün), buraya sarımsaq, tahin və limon şirəsini də əlavə edib, yenə də xırdalayın. Duz vurun.
Humus resepti - FOTO RESEPT


Qaba çəkin. Ortasında qaşıqla çala düzəldin. İçinə zeytun yağı tökün. Üzərinə qırmızı istiot səpin. İstiot xoşlamırsınızsa, onun əvəzinə doğranmış təzə cəfəridən, yaxud qovrulmuş sidr qozalarından istifadə edə bilərsiniz. Süfrəyə lavaşla verə bilərsiniz.
Humus resepti - FOTO RESEPT

Humus resepti - FOTO RESEPT

Humus resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: noxud, zeytun, qırmızı, istifadə, bilərsiniz, istiot, limon, yaxud, tahin, sarımsaq, düzəldin, tökün, Üzərinə, əlavə, İçinə, xırdalayın, çəkin, səpin, Ortasında, vurun
BİZİ İZLƏYİN