• Qaraciyər pirojna resepti

Reseptin məlumatları Baxış sayı: 15 120

Tarix : 26-02-2016, 23:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
500 q qaraciyər (istənilən)
1 yumurta
1 soğan
1 yerkökü
1 diş sarımsaq
0,5 ç.q. mərzə (mayoran)
3 x.q. un
duz, istiot

İç:
1 yerkökü
1 soğan
1 diş sarımsaq
şüyüd, göy soğan
duz, istiot
xama
mayonez

Hazırlanması:
Qaraciyərlə soğanı maşından keçirin, yerkökünü sürtgəcin iri gözündən keçirin, yumurta, mərzə, duz, istiot əlavə edin. Yaxşıca qarışdırın. Tavada yağı qızdırın. Qarışıqdan qaşıqla götürüb qaynar yağa qoyun, azca yayın, hər iki üzünü qızardın.
İç: yerkökünü sürtgəcin iri gözündən keçirin, soğanı kubik doğrayın, qovurun. Xama, əzilmiş sarımsaq, duz, istiot vurun, qarışdırın.

Bir "kotlet" götürüb üzərinə iç qoyun, azca doğranmış göy soğan səpin, ikinci "kotleti" üzərinə qoyub mayonez və şüyüdlə bəzəyin.

Nuş olsun!
Etiketlər: istiot, soğan, sarımsaq, keçirin, üzərinə, soğanı, yerkökünü, sürtgəcin, mayonez, gözündən, götürüb, yerkökü, yumurta, qoyun, qarışdırın, mərzə, kotlet, kubik, qovurun, əzilmiş
BİZİ İZLƏYİN