• Göbələkli tost çörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 16 432

Tarix : 11-06-2014, 00:23

Bölmə : Qəlyanaltılar / Praktik reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
1 ədəd kök
9-10 ədəd göbələk
1 paket kremli göbələk şorbası
2 su stəkanı süd
1 su stəkanı su
3 xörək qaşığı süzmə qatıq
1 xörək qaşığı mayonez
12 dilim tost çörəyi
6-7 ədəd xiyar turşusu
4-5 ədədçuğundur turşusu

Bəzəmək üçün:
Yarım dəstə cəfəri
1 ədəd qaynadılmış yumurta

Hazırlanması:
Kökü lent, göbələkləri dilim-dilim doğrayıb birlikdə bşirin. Hazır göbələk şorbasını süd və su ilə birlikdə bişirin. Xörək ilıqlaşınca süzmə qatıq və mayonez əlavə edin. Blendırdan keçirin. Tost çörəklərinin kənarlarını götürüb, uzun bir servis qabına yan-yana düzün. Üzərinə xörək qarışığından sürtün. Bişmiş göbələkli vəsait ilə kiçik doğranmışxiyar və çuğundur turşularını yayın. Üzərinə təkrar tost çörəyi düzüb eyni əməliyyatı tətbiq edin. Son qat olaraq da qalan tost çörəklərini düzüb, şorba qarışığı ilə örtün. Ən üstü rəndələnilmiş yumurta və incə doğranmış cəfəri ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: xörək, dilim, göbələk, turşusu, çörəyi, birlikdə, Üzərinə, düzüb, mayonez, yumurta, cəfəri, qatıq, qaşığı, stəkanı, süzmə, doğranmışxiyar, çuğundur, turşularını, yayın, kiçik
BİZİ İZLƏYİN