• Darçınlı qoz çərəzi resepti

Reseptin məlumatları Baxış sayı: 13 457

Tarix : 30-03-2016, 23:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 yumurta ağı
1 xörək qaşığı su
2 stəkan qoz ləpəsi (qırılmış parçalar da ola bilər)
Yarım stəkan şəkər tozu
1 xörək qaşığı darçın
Bir çimdik muskat qozu (tozu)

Hazırlanması:
Sobanı 110Cdək qızdırın. İri dəyaz formanın dibinə folqa kağızı (şəkildəkindən) sərin.
Bir qabda yumurta ağını suyla bərabər mikserlə təxminən 1 dəqiqə, köpüklənənə qədər çalın. Üstünə qozu əlavə edib qarışdırın. Kütləni süzgəcə boşaldın. Qoyun 2-3 dəqiqə suyu süzülsün.
Plastik torbada şəkər tozu, darçın və muskat cevizini qarışdırın. Buraya qozu da əlavə edib, torbanı bağlayın və silkələyin ki, içindəkilər yaxşı qarışsın. Sonra isə qozu formadakı folqa kağızına bir lay olmaq şərtilə yayın.
1 saat ərzində bişirin – hər 15 dəqiqədən bir yüngülvari qarışdırın. Sobadan çıxardın. Qoyun soyusun. Bir birinə yapışan qozları əlinizlə qırıb ayırın.

Nuş olsun!
Etiketlər: qarışdırın, stəkan, əlavə, şəkər, qozları, xörək, Qoyun, yumurta, muskat, qaşığı, darçın, folqa, dəqiqə, bərabər, mikserlə, suyla, Plastik, süzülsün, ağını, boşaldın
BİZİ İZLƏYİN