• Sölme resepti

Reseptin məlumatları Baxış sayı: 13 346

Tarix : 22-06-2016, 23:00

Bölmə : Qəlyanaltılar / Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
2 su stəkanı quru noxud
2 ədəd quru soğan
yarım dəstə incə doğranmış cəfəri
1 çay stəkanı zeytunyağı
1 qəhvə fincanı sirkə
2 ədəd qaynadılmış yumurta
10 ədəd zeytun
duz, qara bibər

Hazırlanması:
Noxudu axşamdan isladın.
Daha sonra qaynadıb süzün. Badımcanı ocaqda közləyin.
Təmizləyib incə doğrayın. Soğanı yumru şəkildə doğrayın.
Duz səpib sıxın. Noxud, badımcan, soğan, incə doğranmış cəfəri, duz, qara bibər, zeytun yağı və sirkəni qarışdırın.
Boşqaba qoyun. Qaynadılmış yumurtanı dilimləyin.
Zeytun ilə bəzəyin. Diləsəniz lavaş çörəyi ilə süfrəyə verəbilərsiniz.

Nuş olsun!
Etiketlər: doğranmış, zeytun, bibər, soğan, cəfəri, doğrayın, stəkanı, sirkəni, qarışdırın, Boşqaba, badımcan, Noxud, səpib, yumru, qoyun, sıxın, şəkildə, yumurtanı, çörəyi, süfrəyə
BİZİ İZLƏYİN