• Pendirli məzə - qırmızı-bəyaz resepti

Reseptin məlumatları Baxış sayı: 11 260

Tarix : 24-08-2016, 17:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
15 çerri pomidoru
250 q feta pendiri
100 q kərə yağı
20 q cəfəri
20 q şüyüd
3 diş sarımsaq

Hazırlanması:
Pomidorları yuyub salfetlə silin. Əgər qabığı çox qalındırsa, üzərinə qaynar su töküb soyun.
Pendiri və soyuq kərə yağını sürtgəcdən keçirib qarışdırın. Sarımsağı əzib qatın. Göyərtini xırda doğrayın.
Hər pomidorun üzərinə pendirli qarışıqdan qoyub hər tərəfinə yayın, kürə formasına salın. Doğranmış göyərtiyə batırıb soyuducuda 15 dəqiqə saxlayın.

Nuş olsun!
Etiketlər: üzərinə, pomidorun, pendirli, qarışıqdan, doğrayın, xırda, Sarımsağı, qatın, Göyərtini, qoyub, tərəfinə, batırıb, soyuducuda, dəqiqə, saxlayın, göyərtiyə, Doğranmış, yayın, formasına, salın
BİZİ İZLƏYİN