Tərkibi:300 q badımcan
200 q pomidor
2 diş sarımsaq
göyərti dəstəsi
2 xörək qaşığı zeytun yağı
zövqə görə duz və istiot
Hazırlanması:Badımcanınları yuyun və sonra bir neçə yerdən çəngəl ilə deşin. Onları bitki yağı çəkilmiş tavaya düzün və 180°С dərəcə qızdırılmış sobada təxminən 10 dəqiqə bişirin. Sonra digər tərəfini çevirib yenə 8-10 dəqiqə bişirin.
Badımcanları sobadan çıxarın, soyuduqdan sonra qabığını təmizləyin, meyvə ətini çıxardıb çəngəl ilə əzin.
Pomidorları 2 dəqiqə ərzində qaynar suda saxlayın ki, qabığı rahat soyulsun. Sonra onları da təmizləyib xırda-xırda doğrayın. Sarımsağı əzin, göyərtiləri isə xırdalayın.
Bütün inqrediyentləri birləşdirin, üzərinə duz, istiot və zeytun yağı əlavə edib qarışdırın.
Nuş olsun!
Etiketlər: dəqiqə, zeytun, xırda, istiot, sonra, bişirin, Sonra, çəngəl, qabığı, saxlayın, qaynar, ərzində, ətini, qabığını, soyuduqdan, təmizləyin, meyvə, çıxardıb, rahat, Pomidorları