• Panir resepti

Reseptin məlumatları Baxış sayı: 11 994

Tarix : 6-02-2017, 14:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 l süd
1-2 limonun şirəsi

Hazırlanması:
Kənd südü yoxdursa, panirin hazırlanması üçün qısa müddətli pasterizə edilmiş süd götürün, ultrapasterizə edilmiş süd yaramayacaq, çünki "çürüməyəcək".

Südü qazana töküb orta itilikli ocaqda arada qarışdıraraq isidin. Üzərində buxar əmələ gələndə, balaca qabarcıqlar çıxıb qaynara düşmək istəyəndə sürətlə qarışdıraraq limon şirəsi əlavə edin. Bu zaman süd çürüyüb yaşılımtıl-sarı ayranı çıxacaq. Əgər çürümədisə, bir qədər də limon şirəsi qatın. Sonra bir də ehtiyatla qarışdırıb kəsmik kütləsi bir yerə toplandıqdan sonra ocaqdan götürün, qapağını bağlayıb 5 dəqiqə saxlayın.

Kəfkirlə kəsmiyi qazandan çıxarıb içinə iki qat cuna döşənmiş ələyin içinə tökün. Cəld suyun altına salıb yuyun ki, limonun turşluğu getsin, sonra isə sıxın.

Bu mərhələdə kəsmikli pendir alınır. Amma onu bərk də etmək olar.

Panirin içində olduğu cunanı səliqə ilə sıxın. Üzərinə yük qoyun. Ən azı 30 dəqiqə - 1 saat yükün altında saxlayın.

Nuş olsun!
Etiketlər: şirəsi, limon, saxlayın, qarışdıraraq, sıxın, içinə, götürün, dəqiqə, sonra, edilmiş, limonun, toplandıqdan, kütləsi, tökün, ələyin, döşənmiş, çıxarıb, qazandan, bağlayıb, qapağını
BİZİ İZLƏYİN