• Şirin bibər leçosu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 23 887

Tarix : 27-07-2014, 03:18

Bölmə : Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (7 ədəd yarımlitrlik banka):
25 ədəd şirin bibər
1,5 l tomat şirəsi
500 q baş soğan
0,5 st. şəkər tozu
0,5 st. günəbaxan yağı
0,5 st. süfrə sirkəsi
3 ədəd dəfnə yarpağı
6 ədəd dənəvər istiot
5 ədəd ətirli dənəvər istiot (ağ)
1 x.q. duz

Xüsusi qeyd: banka və qapaqlarını sterilizə edin: bankaları yaxşıca yuyub buxarın üstündə 2-3 dəqiqə saxlayın, dəmir qapaqları isə 5-7 dəqiqə suda qaynadın.
Şirin bibər leçosu resepti - FOTO RESEPT


Hazırlanması:
Bibərləri yuyub toxumlarını təmizləyin, doğrayın.
Şirin bibər leçosu resepti - FOTO RESEPT


Soğanı təmizləyib nazik yarımhalqa doğrayın.
Şirin bibər leçosu resepti - FOTO RESEPT


İri ləyənə 1,5 l tomat şirəsi, 0,5 st. bitki yağı və 9%-li sirkə, 0,5 st. şəkər tozu, qara və ağ istiot, dəfnə yarpağı, duz qoyun.
Şirin bibər leçosu resepti - FOTO RESEPT


Sonra bunun içinə lay-lay soğan və bibər döşəyin.
Şirin bibər leçosu resepti - FOTO RESEPT


Qaynara düşənədək qarışdırın, sonra 15 dəqiqə də bişirin. Dadına baxın, gərək olsa, azca da duz əlavə edə bilərsiniz. Həddən artıq bişirməyin: bibər yumşaq olmalı, amma qabığı soyulmamalıdır.
Şirin bibər leçosu resepti - FOTO RESEPT


İsti leçonu sterilizə edilmiş bankalara yığıb dərhal ağzını bağlayın. Sonra ədyala büküb 12 saat saxlayın.

Nuş olsun!
Etiketlər: istiot, dəqiqə, bibər, dənəvər, yarpağı, Sonra, sterilizə, dəfnə, doğrayın, saxlayın, yuyub, şirəsi, banka, soğan, şəkər, tomat, baxın, gərək, əlavə, Həddən
BİZİ İZLƏYİN