• Yerkökü leçosu resepti

Reseptin məlumatları Baxış sayı: 21 053

Tarix : 27-07-2014, 03:22

Bölmə : Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 kq pomidor
1 kq yerkökü
1 kq ağ soğan
3 kq şirin bibər
1 st. şəkər tozu
1/2 st. duz
qara üyüdülmüş istiot
9%-li sirkə (zövqə görə)

Hazırlanması:
Yuyulmuş, suyu çəkilmiş şirin bibərin toxumlarını və saplağını artlayın, saman kimi doğrayın.
Soğanı yarımhalqa doğrayın.
Yerkökünü sürtgəcin iri gözündən keçirin.
Bunları ehtiyatla qarışdırın, duz və şəkər tozu vurun.
Pomidoru blanş edib (qaynar suda 1-2 dəqiqə saxlayıb) qabığını soyun. Ət maşınından keçirin. Bunu hazırladığınız tərəvəz qarışığının üstünə tökün, ocağın üstə qoyun.
Qaynara düşəndən sonra 40 dəqiqə bişirin, üyüdülmüş qara istiot və sirkə əlavə edin.

Leçonu isti-isti sterilizə edilmiş yarımlitrlik bankalara yığın, qaynar suya salınmış metal qapaqları ağzına qoyun (bağlamayın).
İçində leço, ağzında qapaq olan bankaları 90 dərəcə temperaturda 10-15 dəqiqə pasterizə edin. Sonra qapaqlarını bağlayın.

Bankaları başıaşağı qoyun. Soyuyandan sonra sərin yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: qoyun, dəqiqə, sirkə, keçirin, doğrayın, qaynar, üyüdülmüş, istiot, sonra, şirin, şəkər, qapaqları, ağzına, yığın, metal, bankalara, salınmış, sterilizə, düşəndən, Qaynara
BİZİ İZLƏYİN